Karantin dövründə kafe-restoranlarla bağlı zəruri qaydalar.

0
2768

Koronavirus (COVID-19) pandemiyası dövründə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisələrdə bir sıra zəruri qaydalara əməl edilməlidir.

TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  verilən məlumata görə, ictimai iaşə müəssisələri və mehmanxanaların ictimai iaşə sahələrində xidmətlərin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

İctimai iaşə müəssisələrində, eləcə də mehmanxanaların ictimai iaşə sahələrində çalışan işçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

İctimai iaşə müəssisələrinin mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalıdır. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanması tövsiyə olunur.

Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.

Eyni zamanda, heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması üçün mətbəxə gətirilən heyvan mənşəli məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır.

Mətbəxdə yeməklər hazırlanarkən termiki emala riayət olunması, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub, təmizlənməsi təmin olunmalıdır.

Terefsiz.az