Karantin rejimi yenidən uzadıldı – RƏSMİ + VİDEO

0
198

“Karantin rejimi avqustun 1-dək uzadılır”.

Terefsiz.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.

O bildirib ki, ölkədəki epidemioloji vəziyyət bir sıra qərarların qəbuluna zərurət yaradıb:

“Bu il iyunun 21-dən 5 iyul saat 06:00-dək ciddi karantin rejimi tətbiq ediləcək. Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək. Bununla bağlı növbəti brifinqdə ətraflı məlumat veriləcək”.