Karantində çimərliklərdən istifadə məsələsi müzakirə ediləcək

0
325

Karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələ müzakirə olunacaq.

Bunu AzTV-nin “Hədəf” verilişində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, yaxın müddətdə xüsusi monitorinq qrupları yaradılacaq. Qruplarda Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təmsil olunacaq. Onlar çimərliklərdə monitorinq aparacaqlar.

“Xüsusi qaydalara riayət olunduğu halda, çimərliklərdən istifadə etmək olarmı – bunun üzərində düşünüləcək. Demək istəmirəm, bu olacaq. Ən azı, bunu düşünmək istəyirik,” – deyə Y.Qarayeva bildirib.