Karateçi qızlarımız beynəlxalq turnirdə iki medal qazandılar – FOTO

0
177

Azərbaycan karateçiləri Belçikanın Lieg şəhərindəki beynəlxalq turnirdə 2 medal qazanıblar.

Terefsiz.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olublar.

Beynəlxalq hakimlər – Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.

istinad:oxu.az