Karateçilərimiz finalda uduzdular

0
180

Azərbaycan karateçiləri  Rəfael Ağayev və  Firdovsi Fərzəliyev  “Minsk 2019” II Avropa Oyunlarında final görüşlərinə çıxıb.

Terefsiz.az saytı xəbər verir ki,  75 kq çəki dərəcəsində idmançımız R. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə qarşılaşıb. Məğlub olan (0:4) karateçimiz gümüş medalla kifayətlənib. O, yarımfinalda Pavel Artamanova (Rusiya) qalib gələrək finala yüksəlmişdi.

60 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Firdovsi Fərzəliyev isə finalda  Kalvis Kalninslə (Latviya) üz-üzə gəlib və uduzub.

Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Terefsiz.az