Kasilyasın son vəziyyəti

0
215

Məşq zamanı infarkt keçirən “Portu”nun qapıçısı İker Kasilyas son durumu ilə bağlı məlumat verib.

Terefsiz.az xəbər verir ki, o, “Tvitter” hesabında bununla bağlı yazıb: “Hər şey nəzarət altındadır. Böyük qorxu yaşadım, ancaq səhhətim yaxşıdır. Mesajlara və sevginiz üçün hər birinizə təşəkkür edirəm!”.

İ.Kasilyasın agenti Karlos Kurtopiya isə qapıçının indiyə kimi heç vaxt ürək probleminin olmadığını bildirib. O, belə vəziyyətin ilk dəfə yaşandığını vurğulayıb.

Qeyd edək ki, Kasilyasın bu mövsümün sonuna kimi oynamayacağı bildirilib. Portuqaliya mətbuatı isə 37 yaşlı qolkiperin karyerasının başa vurmalı olduğunu yazıb.