Kayseridə 4,8 maqnitudalı zəlzələ olub

0
110

Türkiyənin Kayseri şəhərinin Hacılar rayonunda 4,8 maqnitudalı zəlzələ olub.

“Terefsiz.az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 06:28-də qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

terefsiz.az