“KFC”də süni toyuq əti veriləcək

0
7790

Dünyaca məşhur “KFC” fastfud restoranlar şəbəkəsi menyuya “Beyond Meat” şirkətinə məxsus süni toyuq ətindən hazırlanan naqqetslər əlavə edəcək.

TEREFSİZ.AZ xəbər verir ki, hələ ki məhsul fevralın 3-dən ABŞ-ın Şarlott və Neşvill şəhərlərində yerləşən 70 “KFC” restoranında eksperiment qismində satılacaq.

Qeyd edək ki, ötən ilin yayında artıq sınaq olaraq süni toyuq əti ABŞ-ın Atlanta şəhərində satışa çıxarılıb.

O zaman bütün süni toyuq ehtiyyatları beş saat ərzində satılıb qurtarmışdı.

O zamandan bəri “Beyond Meat” şirkəti məhsulun yaxşılaşdırılması üzərində çalışır.

Oradan verilən məlumata əsasən, məhsul əsl ətdən seçilməyəcək.