Kimdir günahkar;” Wolt ” yoxsa ” Aza dönər ” ?

0
3660

Digər ölkələrdə olduğu kimi artıq Azərbaycanda da çatdırılma xidməti hər sahədə geniş yayılıb. Bunlardan ən məşhur olan çatdırılma xidməti ” Wolt ” tətbiqidir. Mən bu xidmətin istifadəçisi olaraq, deyə bilərəm ki, yeni işə başlayan vaxtlarda daha məsuliyyətli və daha çox müştəriləri nəzərə alan bu çatdırılma xidməti, indi ən çox tərəfdaşlarının maraqlarına xidmət edir. Müştəri məmnuniyyəti təəssüf ki, tərəfdaşlıq etdikləri restoranlar qədər onlar üçün əhəmiyyət kəsb etmir. Bu qənaətə elə belə gəlməmişəm. Mən Bənövşə Mahmud qızı şəxsən bu xidmətin daimi müştərisiyəm. Təxmini olaraq, 3 dəfə narazı qaldığım bir restoran sonuncu dəfə məni lap özümdən çıxardı. Sual yarana bilər ki, bəs 2 dəfə narazı qalmısansa, 3cü dəfə niyə eyni yerdən sifariş verirsən?

Bu sualı verən hər kəs haqlıdır. Sadəcə mən də haqlıyam. Ona görə ki, indiyədək narazılığım intriqiyentlərin əskikliyi olmuşdu. Sonuncu dəfə səbrimi yaxşıca sınadılar. Yəqin ki, restoran işçiləri düşünüb ki, bu qədər güzəşt edən adama iylənmiş məhsullar da sırımaq asan olar.

04. 06. 2023 tarixində mən beyaqdan bəhs etdiyim, adını çəkmədiyim həmən restorandan yenidən sifariş verdim. Restoranın adı ” AZA DÖNƏR “.

Bu dəfə isə heç bir əskiklik olmasın deyə, ətraflı şəkildə həm ” Wolt “un müştəri dəstəyinə, həm də proqramdan restoranın özünə, hətta, zəng də edib, məlumat verdim ki, konkret sifarişim nədən ibarətdir.

Nəticə olaraq isə mənə iylənmiş tərəvəzli, köhnə kartof qızartmalı, düyü əvəzinə qəribə dadlı xəşilə bənzər bir ətli plovüstü dönər, içində isə nə əti məlum olmayan(dadına baxmadım), dönər necə olmalıdır da, elə olmayan bir ədəd “dönər” yollandı.

Neməti zibilliyə atmazlar, lakin bu nemət məcbur etdi ki, onu zibilliyə atım. Fikirlərimi isə çatdırılma şirkətinin müştəri dəstəyinin işçisinə və restoran işçilərinə çatdıra bilmədim. Doğrusu, onlar anlamaq istəmədilər. Haqlı olaraq, ödənişimi geri istədim. Hələ geri ödəniş edilməyib.

” Wolt ” ən perspektivli çatdırılma xidməti abu havası yaratsa da, artıq bu şirkətdən razılıq edə bilməyəcəm. Çünki qarşımda restoranın qüsurunu faktlarla sübut etməyimə baxmayaraq, hələ də aydınlaşdırmağa çalışaraq, nəticə əldə edə bilməyən bir şirkət var.

” AZA DÖNƏR ” haqqında isə bir vətəndaş kimi lazım olanı edib, AQTA-ya müraciət etdim, faktları da yolladım. Ümid edirəm ki, müsbət nəticə əldə olunar.

Faktları isə sizə təqdim edirəm;