“Azərbaycan tamaşaçıları yüksək keyfiyyətli filmlər çəkilməsini istəyirlər”.
“Terefsiz.az” xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Elxan Cəfərov “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda “İdeologiya. Milli kino – dünən, bu gün və sabah” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yüksək keyfiyyətli ekran işi üçün də müasir kino avadanlıqlarının olması vacibdir: “Bu işə görə ən azı 75 peşə sahibi olmalı, istehsalat qrupunun sayı 100-ə yaxın tutulmalıdır. Çünki tamaşaçılar yüksək keyfiyyətli dünya filmlərini izləyirlər və bu cür ekran işlərinin Azərbaycanda da olmasını gözləyirlər. Təbii ki, bu istəklərində də haqlıdırlar”.