Kinoteatrlarda Azərbaycan dili yoxluğu

0
274

Qəribə bir haldır ki,öz ölkəmizdə öz dilimizdə film izləyə bilmirik.Kinoteatr və sinemalarda yayımlanan filmlər əksərən Rus dilində yayımlanır.

Bu məsələ insanı çox düşündürür, buna misal olaraq son yayımlanan Doctor Strange film seriyasının ikinci filmini göstərmək olar.Film seanslarda təxminən 90 faiz Rus dilində10 faiz də İngilis dilində yayımlanır.

Buna bəhanə olaraq, Azərbaycan dilində dublyajın olmamağı və ya Bakıda rus dilli təbəqə göstərilə bilər.Amma düşünürəm ki,bu bəhanələr olduqca absurtdur.Bura Azərbaycandırsa filmlər ilk olaraq Azərbaycanca yayımlanmalıdır,əgər Azərbaycan dilində dublyaj mövcud deyilsə buna alternativ olaraq Türk dilində dublyaj olmalıdır.İngilis diliRus dili seçimləri isə bundan sonra gələ bilər.

Əksər Rusca seanslarda hətta Azərbaycanca alt yazı belə yoxdur.Üzücü haldır ki,mən bir azərbaycanlı olaraq,öz ölkəmdə,öz dilimdə film izləyə bilmirəm.

Sizcə Rus əsarətindən nə zaman çıxacağıq?Adi iş elanlarında belə birinci tələb Rus dilidir.Biz öz dilimizə dəyər vermədikcə,sevmədikcə,Rus dili bilməyi elitlik saydıqca heç vaxt tam azad ola bilmərik.

Xalqı xalq edən onun dilidir,həmin dildə yazılan əsərlər,kitablar,məqalələrdir.Biz özümüzə öz milli mənsubiyyətimizə,dilimizə hörmət etməli,dəyər verməliyik ki,digər xalqlar da bizə lazım olan dəyəri versin.

 

TEREFSIZ.AZ