Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib. Kişi qadının başına, bədəninə çox saylı bıçaq zərbələri endirərək qətlə yetirib.
Terefsiz.az -ın verdiyi məlumata görə, hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb.
Öldürülən qadının rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyeva Təzəgül Sadıq qızı olduğu bildirilir. O həmyerlisi Evoğlu kənd sakini 1969-cu il təvəllüdlü Quliyev Ayaz Kərim oğlu tərəfindən bıçaqlanıb.
Təzəgül Vəliyeva Ağdam Mərkəzi Rayon Xəstəxanasına, daha sonra Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı Ağdam Rayon prokurorluğunda araşdırma aparılır.