KİV: Silahlı şəxslər Konqoda 14 mülki vətəndaşı öldürüb

0
82

Konqo Demokratik Respublikasında (KDR) “Demokratik Qüvvələr Alyans”ının ekstremist qruplaşmasının silahlıları tərəfindən azı 14 nəfər öldürülüb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Agence France-Presse” (AFP) məlumat yayıb.

Məlumata görə, şənbə günü maçete ilə silahlanmış silahlılar kəndə soxularaq yerli sakinlərə hücum ediblər, nəticədə 14 nəfər ölüb, iki nəfər yaralanıb. Hücum zamanı həmçinin iki uşaq da itkin düşüb.

“Demokratik Qüvvələr Alyans”ı 1995-ci ildə Uqandanın qərbindəki müsəlman təriqəti əsasında ölkə hökumətinə müxalif olan islamçı qrup kimi yaradılıb. Alyansın bölmələri 2003-cü ildə Uqanda silahlı qüvvələrinin hücumları altında Konqo Demokratik Respublikasının şərq bölgələrinə sığınıb. BMT-nin məlumatlarına görə, alyansın döyüşçüləri son iki il ərzində Konqonun şərqində 1 300-dən çox dinc sakini öldürüb.

terefsiz.az