Koalisiyanın 60-dan çox hərbi maşını Amerikanın Suriyadakı bazasına gəlib.

0
142

Terefsiz.az saytı xəbər verir ki, Beynəlxalq koalisiyanın 60-dan çox hərbi maşını İraqdan Suriyanın şimal-şərqindəki Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

Bu barədə Suriyanın dövlət televiziyası mənbəyə istinadən xəbər verib.

Bundan əvvəl, Suriya dövlət agentliyi “SANA”nın verdiyi məlumata görə, ABŞ hərbçiləri Suriyanın şimal-şərqində İraq istiqamətində yerləşən 2 bazanı tərk edib.

Mənbənin sözlərinə görə, zirehli maşınlar və maddi-texniki təchizat daşıyan 60-dan çox avtomobil Kamışlı bölgəsindəki Amerika hərbi bazasına gəlib.

Qeyd olunub ki, bir sıra hərbi maşınlar bazaya gəlmək üçün İraqla sərhəddəki “qanunsuz sərhəd keçidi”ndən istifadə ediblər.

Terefsiz.az