Koçaryan Paşinyanı məhkəməyə verdi

0
115

Konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunan Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Xəbəri “İnterfax” agentliyi yayıb.

Sabiq prezident baş nazirin ictimai çıxışlar zamanı onun şərəf və ləyaqətini təhqir etməsindən şikayət edib.

Xatırladaq ki, bir müddət əvvəl Nikol Paşinyan çıxışında Robert Koçaryan tərəfindən oğurlanan milyardlarla dollar vəsaitin müsadirə olunaraq, ordunun ehtiyaclarına xərclənəcəyini söyləyib.

istinad:oxu.az