Köhnə avtomobilləri olanlara BƏD XƏBƏR – Qadağan ediləcək…

0
100

Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda 2019-2020-ci illər üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulsa da, hələ ki, bu günə qədər bu istiqamətdə heç bir iş görülməyib.

 

Bu gün də küçələrdə istismar müdəti bitmiş avtomobillərə rast gəlinir.

Sınıq-salxaq, güzgüləri olmayan, rəngi məyyən edilməyən, sadəcə hərəkətdə olan bu avtomobillər təkcə sahibəri üçün deyil, digər hərəkət iştirakçıları üçün də təhlükə mənbəyidir. Qeyd edək ki, 2019-cu ildə “Təmiz Şəhər” ASC avtombillərin utilizasiyası ilə bağlı layihənin hazırlanması üçün tender elan edib. Tenderin qalibi “Eko Enerji” MMC olub.

Ancaq hələ ki, bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Yəqin ki, digər problemli sahələrdə olduğu kimi burada da məsələnin həllinin pandemiya olduğu üçün ləngidiyi bəhanə ediləcək.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyir ki, bu məsələnin həll olunmamasının səbəbi pandemiya deyil. Yəni istək olsa, etmək mümkün olardı.

 

Eldəniz Cəfər Eldəniz Cəfər

 

“Hazırda Bakıda və Abşeron yarımadasında 1,5 milyon minik avtomobili var. Və bu avtomobillərin böyük bir hissəsi yaşı 10 ili keçmiş avtomobillərdir. Azərbaycan avtomobil parkı köhnədir və zaman keçdikcə də köhnəlir”,- deyən ekpert hesab edir ki, bu istiqamətdə lazımı tədbirlər görülmür.

E.Cəfərin sözlərinə görə, ölkəyə yeni avtomobillərin deyil, köhnə avtomobillərin idxalı artır. Bunun qarşısını almaq, ölkənin avtomobil parkının yenilənməsinə şərait yaratmaq üçün ölkəyə ekoloji təmiz avtomobillərin gətirilməsi zamanı tətbiq edilən rüsumlar azaldılmalı, bank kreditləri sadələşdirilməlidir.

 

Əks halda utilizasiya proqramı başlasa belə, bu proqramın həyata keçrilməsi çətin, mümkünsüz olacaq. Ekspert qeyd edir ki, utilizasiya proqramını əsasən daxili avtomobil istehsalı olan ölkələr həyata keçirir.

Çünki bu ölkələr öz avtomobil parkını yeni istehsal etdiyi avtomobillərlə təmin edə bilir. Azərbaycanda isə istehsal böyük olmadığı üçün, daxili tələbatı ödəmək mümkün deyil.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirir ki, utilizasiya ilə bağlı hələ ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir rəsmi açıqlama verməyib.

 

Elməddin Muradlı Elməddin Muradlı

 

Utlizasiya prorqamı RTSN-nin xətti ilə həyata keçirilməlidir: “Nazirlik bir tender elan edib. Bir şirkət tenderin qalibi oldu. Həmin şirkət beynəlxalq təcrübəni araşdırıb, təkiliflərini irəli sürəcəkdi. Məndə olan məlumata görə, artıq həmin təkliflər planı Nazirlər Kabinetinə təqdim edilib. Baxılacaq və qərar veriləcək”.

Ekspert qeyd edir ki, ölkədə olan avtomobillərin 100 mindən çoxu utilizasiya prosesinə cəlb ediləcək.

Onun sözlərinə görə, Azərbaycan avtomobil parkında 25 faiz avtomobillər normal istehsal ilinə malik avtomobillərdir.

Belə ki, avtomobil parkında yaşı 40 ildən çox olan avtomobillər var.

“Avtomobil istismar müddətini keçibsə, mütləq yenilənməlidir. Yəni vətəndaşlar oturub gözləməməlidir ki, “əşşi, köhnə maşındır da, dövlət kompensasiya verər, dəyişərik”. Bu belə olmamalıdır. Vətəndaş evinə necə ütü, paltaryuyan maşın, televizor alrsa, köhnələndə yeniləyirsə, avtombillə də elə davranılmalıdır. Ətraf mühiti qorumaq hər bir vətəndaşın borcudur. Bu gün köhnə avtomobillərlə ətraf mühit çirkləndirilir. Ancaq dövlət də humanistlik göstərib bu avtomobillərin utilizasiyası zamanı müəyyən güzəştlər etməlidir. Elə vətəndaşlar var ki, istismar müddəti keçmiş avtomobillər alaraq öz biznesləri üçün istifadə edirlər. Məsələn dəmir alveri, xəz-dəri alveri edirlər. Bu şəxslərin biznes üçün istifadə etdikləri avtomobilləri də yeniləməyə gücləri çatar”.

Belə, 3 il bundan əvvəl təsdiq edilmiş bir qərar var. Köhnə avtomobillər utlizasiya edilməlidir. Ancaq hələ ki, istismar müddəti başa çatmış avtomobillər şəhərin küçələrində hərəkətdədir.