Komitə rəsmisi: Bəzi kişilər həyat yoldaşlarını narkokuryerliyə məcbur edirlər

0
167

Son illər qadınlardan narkokuryer kimi istifadə edilməsi halları artıb. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəsinin birinci müavini Güloğlan Muradlı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, narkotacirlərin 14 faizini qadınlar təşkil edir:

“Təəssüf ki, son dövrlər biz öz həyat yoldaşlarını, qadınları narkotacirliyə sövq edən şəxslərlə tez-tez rastlaşırıq. Uşaqların dəqiq sayı bilinməsə də, bəzən olur ki, bu işə azyaşlı uşaqların da cəlb olunması faktı ilə üzləşirik”.

G.Muradlı onu da əlavə edib ki, cari ilin 11 ayı ərzində daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı ötən ilin eyni dövrü ilə müqayisədə 21 fakt artıb:

“Ötən il insanların daxili bədən boşluğunda narkotik vasitə keçirmə faktı 87 olub. Bu il isə bu göstərici 108-ə çatıb”.

Könül Cəfərli

istinad:oxu.az