Dünyada yüzlərlə mağazası olan Primark firması ön dişi olmayan Simon Lu adlı modellə tanıtım üçün müqavilə imzalayıb.
Terefsiz.az saytı xarici mətbuta istinadən xəbər verir ki, firma sahibləri klişeləri bir kənara qoyduqlarını və kampaniyalarında “gerçək” qadınlarla işləyəcəklərini bildiriblər. Onların bu seçimi dünyanın dörd bir tərəfində rəğbətlə qarşılanıb.
Dəstək və tərif dolu sözlər sadəcə firmanın ünvanına səslənməyib. Çəkilişdən fotolarını İnstaqram hesabından paylaşan model də gözəl sözlərdən payını alıb. İzləyicilər onun kompleksiz olmasını çox bəyəndiklərini dilə gətiriblər.
Qeyd edək ki, bu firmanın ilk diqqət çəkən çalışması deyil. Marka aprel ayında da kök modellərlə tanıtım həyata keçirmişdi.
Terefsiz.az