ABŞ Konqresinin spikeri Nensi Pelosi prezident Donald Trampı həbsxanada görmək istədiyini bildirib.
Terefsiz.az xəbər verir ki, bu haqda ABŞ Demokratlar Partiyasındakı mənbələrə istinadən “Politico” nəşri bildirib.
Qeyd edilir ki, o bu haqda çərşənbə axşamı Məhkəmə Palatasının sədri Cerri Nadler ilə görüşdə deyib. Görüşdə Trampın impiçmenti proseduruna başlamağın lazım olub-olmadığı müzakirə edilirdi.
Nəşrin məlumatına görə, Nadler təkid edirdi ki, Pelosi onun komitəsinə impiçment proseduruna başlamağa icazə versin. Konqresin spikeri bundan imtina edib.
“Mən istəmirəm ki, onu impiçment etsinlər, mən onu həbsxanada görmək istəyirəm”, – Pelosi izah edib.
Terefsiz.az