Könüllü yardım fondu şəhid ailələrinə yardım kampaniyası

0
417
Azərbaycan ordusu 27 sentyabr tarixindən başlayaraq 44 gün ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş əraziləri azad etdi. Bu müddət ərzində ön cəbhə ilə yanaşı arxa cəbhə də paralel şəkildə mübarizə apardı.
Vətəndaş cəmiyyəti nümayəndələri, siyasi-ictimai fəallar qruplar şəklində ön cəbhəyə dəstək məqsədilə kampaniyalar başlatdı. Kampaniyalar əsasən sosial şəbəkələr üzərindən aparılsa da, demək olar ki, respublikanın hər bir vətəndaşı bu kampaniyalara qoşuldu.
Terefsiz.az xəbər verir ki, təşkilatçılar isti geyim, qida, texniki avadanlıqlar da daxil olmaqla tonlarla yardımı cəbhə bölgəsində döyüşən əsgərlərimizə göndərdilər.
Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycanın döyüş bölgəsindən kilometrlərlə kənarda yerləşən kənd, qəsəbə, şəhərlər raket, mərmi atəşinə tutuldu. Nəticədə onlarla mülki şəxs şəhid, yüzlərlə insanımız yaralandı. Atılan raketlər mülki əhalinin evlərinə, təsərrüfatlarına ciddi ziyan vurdu. Kampaniya təşkilatçıları bu sakinlərimizi də unutmadı.
Bu kampaniyaların təşkilatçılarından biri Gülmirə Eyniyeva saytımıza verdiyi musahibəsində bildirdi ki,
“İllərdir ailəmlə birlikdə xeyriyyə işlərini görürük. Müharibə başlamamışdan öncə əsgərlərimizə dəstək məqsədilə onlarla görüşdük. Əsgərlərdən soruşanda ki, nəyə ehtiyac var? Deyirdilər ki, dövlət hər şeyi edir, lakin təkər və kisələrə (səngərlərin qurulması, bərkidilməsi) ehtiyac var. Elnur Əliyev də təkər toplayaraq cəbhə bölgəsinə göndərirdi, onunla danışdım və 1 “TIR”, 2000 kisəni ilkin olara1 həmin hərbi hissəyə göndərdik. Elnurla bu layihəni böyütmək qərarına gəldik, ümumilikdə minlərlə insana dəstək olduq.”
Gülmirə Eyniyeva deyir ki, hər şeyi dövlətdən gözləmək olmaz. Fərd, ailələr olaraq bu müharibədə döyüşmüş, şəhid olmuş hər bir vətəndaşımızın, yaxınlarının yanında olmalıyıq. Onlara dəstəyimizi göstərməliyik.
Qeyd edək ki, Elnur Əliyev cəbhə bölgəsinə 27 sentyabrdan öncə və sonra on minlərlə təkər, şpalın göndərilməsini təşkil edib. O deyir ki, şəhid övladlarının təhsil, səhiyyə və digər xərclərinin də qarşılanması üçün işlər gedir. Eyni zamanda, o, “Şəhid Ailələrinə Könüllü Yardım Fondu”nu yaradıb:
“Bu fondun dəstəyi ilə ölkədə sıxtısı olan bir dənə də olsun şəhid ailəsi qalmayacaq!”
Fərqanə QASIMLI
Fərid İMRAN
Füzuli, Azərbaycan