Beynəlxalq alimlər qrupu koronavirus infeksiyasının xərçəngdən sağalmış və ya hələ də xərçəng xəstəliyi olan insanlar üçün təhlükəli olduğunu müəyyən edib.
Terefsiz.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Lancet” jurnalında nəşr olunub. Tədqiqatçılar ABŞ, Kanada, Böyük Britaniya və İspaniyada koronavirusa yoluxmuş 928 nəfər haqqında yeni məlumatları təhlil edib. Onların yarısı xəstəxanaya yerləşdirilib, 13 faizi ölüb. COVID-19-a yoluxmuş xərçəng xəstələrinin iştirak etdiyi ikinci araşdırmada isə ölüm göstəricisinin 28 faizdən daha yüksək olduğu müəyyən edilib.
Təkcə ABŞ-da hər il 1,6 milyondan çox şəxsə xərçəng diaqnozu qoyulur, hazırda bir neçə milyon amerikalı müalicə olunur. Alimlərin sözlərinə görə, bu qrupdan olan insanlar SARS-CoV-2-yə yoluxmamaq üçün mümkün olan hər şeyi etməlidirlər. (publika.az)