Koronavirus pandemiyası bir çox insanın həyatını xilas edəcək

0
144

Alimlər belə bir nəticəyə gəliblər ki, koronavirus pandemiyası bir çox insanın həyatını xilas edəcək.

“Science Alert” xəbər verir ki, hətta ən konservativ mütəxəssislər koronavirusun havanın çirklənməsi səbəbindən ölənlərin sayının xeyli azaldacağını proqnoz edirlər.

Çində son iki ayda havada bərk hissəciklərin azalması beş yaşınadək dörd min uşağın və 73 min 70 yaşdan yuxarı qocanın həyatını xilas edib.

Bu da koronavirusla bağlı ölümlərin sayından olduqca çoxdur.

Bundan əlavə, İtaliyada da ekoloji vəziyyətin getdikcə düzəldiyini müşahidə etmək olar.

istinad:oxu.az