Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və seriallar məlum oldu

0
146

Koronavirus pandemiyası zamanı ən çox baxılan filmlər və serialların siyahısı tərtib edildi.

“Kinopoisk” portalı yazır ki, son iki həftə ərzində istifadəçilər tez-tez Stiven Soderberqin “Yoluxma” filminin səhifəsinə daxil olublar. Mett Deymon, Keyt Vinslet və Cud Lounun çəkildiyi film  2011-ci ildə işıq üzü görüb.

İkinci yerdə Qay Riçinin “Centlmenlər” adlı yeni layihəsi oldu. Üçüncü yerdə Klim Şipenkonun “Nökər” komediyası gəlir. Bundan başqa, onluqda “Bladşot”, “Trollar. Dünya turu”, “Buz-2”, “Gözəgörünməz adam”,

“Belqrad Hoteli”, “Bıçaqları çıxart”, “Parazitlər” kimi lentlər də yer alıb.

İstifadəçilərin, həmçinin ötən illərin “Yaşıl kitab”, “Başlanğıc”, “Pərvanə”, “Harri Potter və fəlsəfi daşı”, “Epidemiya”, “28 gün sonra”, “Daşıyıcılar”, “Kokonun sirri” və “İnterstellar” kimi filmlərinə marağı da artıb.

Seriallar arasında “Çağrı mərkəzi” ən populyar olub. Onun ardınca “Son nazir” və “Maqomayev” gəlir.

istinad:oxu.az