Bir neçə gün əvvəl ABŞ və İngiltərənin 400 milyon ədad koronavirus vaksini sifariş etməsindən sonra bu dəfə Avropa Birliyi ölkələri eyni addımı atıb.
Terefsiz.az BBC-yə istinadən xəbər verir ki, Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya, Fransa, İtaliya və Holandiya İngiltərənin “AstraZeneca” dərman istehsalı şirkətinə 400 milyon ampula vaksin sifariş verib. Bununla da birlik ökələrinin əhalisinin virusdan tam qorunması və ittifaq daxilində sərbəst hərəkəti planlaşdırılır.