Koronavirusa görə bu ölkənin mülki aviasiya şirkəti təyinatını dəyişdirdi

0
111

Qazaxıstanda COVID-19 pandemiyasından ən çox mülki aviasiya sahəsi zərər çəkib. Ölkənin milli aviasiya şirkəti olan “Air Astana” ilin sonuna kimi 148 milyard tenge (666 milyon AZN), SCAT isə 84 milyard tengedən (378 milyon AZN) çox zərərə uğraya bilər.

Bu barədə “Sputnik” Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinə istinadla xəbər yayıb.

Məlumatda deyilir ki, bunlar ilkin qiymətləndirmədir.

O da vurğulanıb ki, Qazaxıstanda fövqəladə vəziyyət rejimi uzandığı üçün “Air Astana” 15-30 aprel tarixlərinə planlaşdırılan bütün uçuşları ləğv etməyə məcbur olub.

SCAT aviaşirkəti isə Qazaxıstanda və qonşu ölkələrdə humanitar yüklərin çatdırılmasına başlayıb.