Koronavirusa görə təşvişə düşən cinayətkar səkkiz ton tualet kağızını oğurladı

0
153

Şimali Karolinada (ABŞ) cinayətkar tualet kağızı yüklənmiş mikroavtobusu qaçırıb.

Bu barədə “Fox News” yazır.

Bildirilir ki, yük maşını magistral yolların birində hərəkət qaydalarını pozmaqla polisin diqqətini çəkib. Onlar marşrutun sonuna qədər avtomobili izlədikdən sonra yük maşınının qaçırıldığını aşkar ediblər. Məlum olub ki, cinayətkar səkkiz tondan çox tualet kağızını oğurlayıb.

Polis sürücünün adını açıqlamayacağını bildirib və əlavə edib ki, “tualet kağızı indi olduqca həssas mövzudur”.

Qeyd edək ki, bir çox ölkələr kimi ABŞ da koronavirusun pandemiyası fonunda tualet kağızı ətrafında ajiotajla üzləşib. Alıcılar qəfildən defisit  mala çevrilən  bu məhsulu mağazaların rəflərindən qamarlayırlar.

istinad:oxu.az