Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi

0
175

53 mindən çox insanın ölümünə səbəb olan koronavirusla bağlı vəd edilən şad xəbər ABŞ-ın Pitsburq Universitetinin Tibb fakültəsindən gəlib.

“EBioMedicine” jurnalında koronavirusla mübarizə üçün peyvəndin hazırlanaraq siçanlar üzərində sınaqdan keçirildiyi barədə məqalə yayımlanıb.

Məqalədə qısa müddətdə istehsala hazır olan peyvəndin xəstəliyin artma tempini ciddi şəkildə azaltma potensialına sahib olduğu bildirilir.

Mənbəyə görə, peyvəndin ilk sınaqlarının siçanlar üzərində aparıldığını deyən mütəxəssislər həmin maddənin koronavirusla mübarizə üçün kifayət etdiyini qeyd ediblər:

“SARS və MERS kimi xəstəliklər üzərində oxşar araşdırmalar aparmışıq. Bu iki virus SARS-CoV-2 adlı virusa çox yaxındır”.

Peyvəndin ənənəvi qrip peyvəndi kimi hazırlandığını bildirən həkimlər lazımi təsdiqlər alınarsa, insanlar üzərində kliniki sınaqların bir neçə ay ərzində başlayacağını deyiblər.

istinad:oxu.az