Koronavirusa yoluxan xəstə virusun simptomlarından danışdı

0
126

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhər sakini koronavirus infeksiyası barədə danışıb.

“ABC 7 Chicago” xəbər verir ki, Debra Vestfollun dostlarının bəziləri COVID-19-un mövcudluğuna inanmayıblar.

Buna görə də, o, özündə təyin edilmiş koronavirus diaqnozunu “Facebook” hesabında yayıb.

“Məndə hərarət yox idi, buna görə də, koronavirusun olduğunu düşünmürdüm. Ancaq indi xəstə olduğuma əminəm”, – daha əvvəl döş qəfəsində xərçəng xəstəliyindən sağalan Vestfoll deyib.

O, bütün bədənində olan ağrılardan əziyyət çəkdiyini və yeməyin dadını hiss etmədiyini bildirib.

Amerikalıda simptomlar təxminən on gün əvvəl başlayıbmış. İndi təcrid vəziyyətindədir.

Vestfoll “Facebook”da paylaşım edəndən sonra dostlarının onu dəstəklədiyini qeyd edib:

“Düşünürəm ki, virusun mövcudluğunun canlı sübutu olaraq bir çox insanı onun reallığına inandırdım”.

Daha əvvəl Böyük Britaniyada koronavirusdan sağalan həkim simptomların quru öskürək və boğaz ağrısı ilə başladığını, sonra isə temperaturun yüksəlməsi ilə istilik və titrəmə olduğunu demişdi.

istinad:oxu.az