Koronavirusun 6 yeni növü TAPILDI

0
125

Yarasa üzərində araşdırma aparan bir qrup mütəxəssis koronavirusun 6 yeni növünü tapıb.

Terefsiz.az xəbər verir ki, Myanmada yarasaları araşdıran bir qrup tədqiqatçı yarasa üzərindəki 6 yeni koronavirus növündən üçünü alfakoronavirus, üçünü betakoronavirus olaraq təsnif edib.

Elm adamları yeni kəşf edilmiş 6 koronavirus növünün COVID-19 ilə eyni ailəyə aid olduğunu vurğulayıb.

Ancaq  ilkin məlumatlara görə, bu viruslar SARS, yaxud da COVID-19 xəstəliyinə səbəb olan növlərlə sıx əlaqəli deyil.