Koronavirusun ikinci dalğası olmayacaq, heç birincisi də olmayıb – Tanınmış rusiyalı həkim

0
552

Tanınmış rusiyalı həkim-epidemioloq, hazırda Rusiya Dövlət Dumasının deputatı, akademik, professor Gennadiy Onişenko koronavirusun növbəti dalğası haqqında yayılmaqda olan şayələri şərh edib.

Professorun sözlərinə görə “ikinci dalğa olmayacaq, ona görə ki, heç birincisi də olmayıb”.

“Epidemiologiyada “dalğa” olmur. Dalğalar dənizdə, göldə, çayda olur. Epidemiologiyada isə “xəstəliyin epidemik artımı” kimi anlayış var. Koronavirusun epidemik artımı ilə bağlı müxtəlif fikirlər səslənir. Mənim fikrimə görə, hazırda cəmiyyətdə xəstəliyi keçirmiş və həmçinin koronavirusun gizli və ya simptomsuz daşıyıcılarının sayəsində aktiv şəkildə populyasiya immuniteti formalaşır. Bu çox yaxşı haldır.

Payız-qış mövsümündə koronavirus qriplə yanaşı olacaq. Lakin onun intensivliyi azalacaq. Koronavirus böyük təhlükə yaratmayacaq. Onun belə təhlükə yaratmaq üçün lazım olan xüsusiyyətləri yoxdur. Koronavirusun xəstə insandan sağlam insanlara keçmək xüsusiyyəti aşağı səviyyədədir (yəni sürətlə yayılmır – red.). İkincisi, koronavirus qrip kimi dəyişilmir. Qrip hər il dəyişilir və populyasiya immuniteti buna dözmür. Koronavirusun belə xüsusiyyətləri yoxdur. Koronavirus sadəcə epidemik prosesində digər viruslar kimi iştirak edəcək və heç bir fatal təhlükə yaratmayacaq” – həkim bildirib.

Həmçinin həkim bildirib ki, insanlar koronavirusla bağlı tətbiq olunan tədbirlərdən də müəyyən nəticələr çıxardacaqlar.

“Vaksindən istifadə isə (hazırda Rusiyada vaksin hazırlanıb və son sınaqlar gedir – red.) ən həssas əhalini (yaşlılar, xroniki xəstəlikləri olanlar) daha yaxşı qorumaq üçün imkan yaradacaq” – Onişenko bildirib.

Saglamolun.az