Koronavirusun mutasiyası ona qarşı vaksinin yaradılmasına mane ola bilər

0
123

Çexiyalı molekulyar genetik və virusoloq Sonya Pekova yeni koronavirusun sürətlə mutasiya etməsinin ona qarşı vaksinin yaradılmasına mane ola biləcəyini bildirib.

“İnterfaks” xəbər verir ki, mütəxəssis bunun vaksini hazırlayan insanların hansı epitopu, yəni virusun zülalını seçməsindən asılı olduğunu qeyd edib.

“Bu həqiqətən də yaxşı xəbər deyil. Virusun öz örtüyünü hansı tərzdə dəyişməsindən asılı olaraq bu zülal da dəyişə bilər. Nəticədə vaksin yararsız olacaq. Görünür ki, yeni koronavirus olduqca sürətli mutasiya edir”. – deyə S.Pekova əlavə edib.

Onun sözlərinə görə, buna sübut kimi bəzi insanların yenidən koronavirusa yoluxmasını gətirmək olar.

“Həmçinin bu virus hələ ki yaxşı araşdırılmayıb və hansı sürətlə mutasiya etdiyi bəlli deyil”, – deyə alim vurğulayıb.

istinad:oxu.az