” Körpələr evindəki uşaqların sevinci qədər ” – BƏNÖVŞƏ MAHMUDQIZI

0
1461

 

” Körpələr evindəki uşaqların sevinci qədər..”

Canın yanmırdı, ağrımırdı
Kobud danışanda,
Qarışdıranda,
Sevgimə ləkə vuranda,
Canın yanmırdı, ağrımırdı.
Soruşurdum,
Deyirdin; “Yaxşı edirəm”.
Mən də gedirəm,
Ən yaxşı etdiyim
şeyi edirəm,
Gedirəm!
Zəng etdin…
Ağrılı səsin,
Əzab dolu nəfəsin…
Canın yanmırdı, ağrımırdı,
Məni incidəndə,
Niyə canın yanır, ağrıyır,
Mən gedəndə?!
Hələ çox şeyi dərk etmirsən…
Məni tərk etmisən,
Ən pis tərk edilməyi
Mənə etmisən deyəcəksən.
Gələcəksən, gələcəksən,
Məni görəcəksən;
Başqasından olan uşaqlarımla…
Öləcəksən, öləcəksən,
Sən peşman öləcəksən.
Öləndə biləcəksən,
Səni körpələr evindəki
Uşaqların sevinci qədər sevən,
Qadının dəyərini…

Müəllif: Bənövşə Mahmudqızı

Terefsiz.az