Kreml: “Ərdoğanın fikirləri ilə razılaşmırıq”

0
127

Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Suriya ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə dair açıqlaması ilə razılaşmır.

TEREFSİZ.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

“Biz bununla razılaşmırıq”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya İdlib bölgəsi ilə bağlı Soçi razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirir.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyanın İdlib bölgəsindəki vəziyyətin tənzimlənməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini açıqlamışdı.