Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo səfərdə Çexiyaya qarşı keçirdikləri UEFA Millətlər Liqasının V tur oyununda ciddi zədə alıb.
“Terefsiz.az”ın məlumatına görə, 37 yaşlı hücumçu ilk hissədə hava mübarizəsi zamanı meydan sahiblərinin qapıçısı Tomaş Vatsliklə toqquşub.
Nəticədə təcrübəli forvardın burnu əzilib. Həkimlər qanı dayandırdıqdan sonra futbolçu oyunu davam etdirib.
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır hesab qonaqların xeyrinədir – 3:0.