Hələ qədim dövrlərdən təbiblər və həkimlər xəstəliklərin təyin edilməsi üçün bir sıra metodlardan istifadə ediblər. Bu metodlardan simptomlara görə və əllə müayinəni misal çəkmək olar. Müsir tibbdə isə bu üsullarla yanaşı texnikanın köməyindən də istifadə edilir. Yaxın keçmişə qədər USM və rentgen aparatları da çox populyar idi. Texnikanın inkişaf etməsi ilə əlaqədar tibbdə də onun son naliyyətləri uğurla tətbiq edilir.
Müasir tibbdə sadalanan qurğuların sırasına MRT və KT-nin adları da əlavə edilib. Onların köməyilə bir çox xəstəlikləri diaqnozunun qoyulması asanlaşıb və beləliklə müalicə daha effektli olub. Çox insan isə MRT ilə KT-ni səhv salaraq onların funksiya fərqlərini dərindən bilmir.
Terefsiz.az medicina.az-a istinadən bir çox MRT (Maqnit Rezonans Tomoqrafiyası) və KT (Kompüter Tomoqrafiyası) kimi tanıdığımız qurğular haqda məlumatları təqdim edir:
Əksəriyyət düşünür ki, bu müayinələr eynidir. Lakin bu, heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür. KT zamanı rentgen şüalanma istifadə olunur.
MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində “düzülür”. Aparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara “cavab verir”, siqnallar göndərir (buna “rezonans” deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3 ölçülü təsvirləri yaradır.
Kompüter tomoqrafiyası vasitəsilə isə sümüklərin, oynaqların zədələnməsi, travmalar zamanı daxili qanaxmaların təyini, osteoxondroz, skalioz, kəllə daxili zədələnmələr, döş qəfəsi orqanlarının xəstəliklərinin müayinəsi zamanı (pnevmoniya,vərəm və s.), qalxanabənzər vəzin, böyrək daşları, apendiksin təyini, mədə və bağırsaqların müayinəsi, damarlarda olan anevrizma, ateroskleroz zamanı, bağırsaq keçməzliyi, baş beyindən və ginekoloji orqanlardan başqa bütün orqanlarda olan şişlərin, daş və kistaların təyini, eləcə də eşitmə problemlərinin təyini zamanı çox effektlidir.
MRT-dən isə sümük və damar sistemi xəstəliklərinin, onurğa yırtığı, yumşaq toxumaların müayinəsində istifadə edilir. Bu müayinələrə yumşaq toxumalarda şiş, beyin və onurğa beyinin, həmçinin də qan dövranının müayinəsi, sinir sistemi xəstəlikləri, əzələlərin və bağların müayinəsi, bütün orqanlarda olan şiş xəstəliklərinin təyini, görmə siniri və hipofiz problemləri, hidrosefaliya, beyinə bağlı inkişaf qüsurları zamanı müraciət edilir.
Təbii ki, həkim göstərişi ilə sözügedən bu qurğulardan 3 aylığa qədər hamilə qadınlardan başqa hər bir insan rahatlıqla keçə bilər. Hamilə qadınların MRT müayinəsinə həkimlər yanlız hamiləliyin ilk üç ayınə qədər icazə vermirlər.
Hazırda koronavirusun ağciyərlərdə yaratdığı buzlu şüşə effektini görmək üçün ən çox KT müayinə effektiv hesab edilir. Amma bundan öncə sadə bir rentgen çəkdirmək yaxşı olar.
Çünki hər virusdan qorxan KT olunması da düzgün deyil. KT müayinənin bir çəkimində insan 250 dəfə rentgendə məruz qaldığı şüalanmanı almış olur.
Bu müayinəni həkim təyin etsə yaxşı olar.