Kubada neft anbarında yanğın zamanı 121 nəfər xəsarət alıb, onlarla insan itkin düşüb

0
85

Kubanın Matanzas limanındakı tanker bazasında baş verən partlayışlarda xəsarət alanların sayı 121 nəfərə çatıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə yerli hökumət tviterdə məlumat yayıb. Qeyd edilir ki, yaralılardan 5- kritik, üçü ağır vəziyyətdədir.

Məlumata görə, ölkənin şimalındakı xam neft anbarlarında dəfələrlə partlayışlar qeydə alınıb.

Rəsmilər yanğının ildırım vurması nəticəsində yanacaq anbarlarında baş verdiyini, 121 nəfərin yaralandığını, 18 yanğınsöndürənin itkin düşdüyünü bildiriblər.

Limandakı 8 tankerdən 4-də partlayış qeydə alınıb, yanğın hələ də davam edir.

Səhiyyə naziri Joze Angel Portal mətbuata verdiyi açıqlamada yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Güclü külək səbəbindən yanğını nəzarət altına almaq hələ mümkün olmayıb, qatı tüstü paytaxt Havanaya qədər uzanıb.

Prezident Migel Dias-Kanel Bermudes və Baş nazir Manuel Marrero Matanzas limanına gedərək yanğınla bağlı məlumat alıb və xəstəxanada müalicə alan yaralılara baş çəkiblər.

terefsiz.az