Türkiyənin Trabzon şəhərində küçənin ortasında gənc qadına təcavüz edən şəxsi yerli sakinlər linç edib.
Terefsiz.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki “Uzun sokak” məhəlləsində baş verib. Qadına sataşan şəxs məhəllə sakinləri tərəfindən əhatəyə alınaraq döyülüb.
Hadisə şahidləri bildiriblər ki, küçədə gənc qız qışqıraraq kömək istəyib və qaçmağa başlayıb. Ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxs dərhal əhatəyə alınıb və linç edilib. Əraziyə gələn polis əməkdaşları olay daha da böyümədən şübhəli şəxsi idarəyə aparıb.
Terefsiz.az