ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra polis şiddətinə qarşı dünya miqyasında etiraz aksiyaları keçirilməyə başlayıb.
Terefsiz.az Redaktor.az -a istinadən xəbər verir ki, Meksikada 4 may tarixində polis tərəfindən döyülən və nəzarət altında olarkən dünyasını dəyişən 30 yaşlı Covanna Lopez üçün etiraz aksiyası həyata keçirilib. Yüzlərlə etirazçı Şəhər Dövlət Məclisi qarşısında toplaşaraq, Lopez üçün ədalət tələbi ilə yürüşə çıxıb.
Aksiya dinc şəkildə başlasa da, sonradan bir qrup etirazçı Dövlət Məclisi binasına girməyə çalışıb. Polislə aksiyaya müdaxilə edib.
Polislə etirazçılar arasında yaşanan toqquşmada polis maşınları yandırılıb. Dövlət Məclisi binasına girən etirazçılar divarları spreylə rəngləyiblər.
Hadisə ilə bağlı görüntülər “Twitter”də sürətlə yayıldıqdan sonra, “Justicia Para Giovanni” (Covanni üçün Ədalət) şüarı ilə polis zorakılığına qarşı etiraz reaksiyaları güclənməyə başlayıb. Bundan sonra polis əməkdaşlarına qarşı istintaq başladılıb. Qubernator Enriqi Alfaro, Lopezin ölümünü “qətl” kimi qiymətləndirib və istintaqın ən qısa müddətdə yekunlaşacağını bildirib.
Qeyd edək ki, mayın 4-ü maska taxmadığı üçün döyülən və 3-4 nəfər polisin zorla maşına mindirməyə çalışdığı Covanna Lopez hadisənin səhəri gün dünyasını dəyişib. Həkimlər onun şiddətli beyin travmasından öldüyünü bildiriblər. Digər tərəfdən qardaşı, Lopezin bədənində işgəncə əlamətlərinin, ayağında isə güllə yarasının olduğunu iddia edib.
Sevda Ulutau