Kürdəmirdə dəhşətli yanğın: Ev sahibi ilə birgə yandı – FOTO

0
243

Kürdəmirdə yanğın olub, 41 yaşlı kişi ölüb. Terefsiz.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Kürdəmir şəhəri Nizami küçəsi ev 9 ünvanında qeydə alınıb.

Belə ki, şəhər sakini Sima Əliyevaya məxsus ev anidən alovlanmağa başlayıb. Bu barədə məlumat daxil olan zaman hadisə yerinə FHN-nin  Kürdəmir yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlər səyi nəticəsində alov ram edilib  və yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.Ümumi sahəsi 100 kvm olan və 1 mərtəbə 4 otaq və 1 mətbəxdən ibarət olan evin  20 kvm yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə baxış keçirilən zaman evdə yaşayan 41 yaşlı Əliyev Namiq Rafiq oğlunun meyiti aşkar edilib. Mərhumun meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib. Deyilənlərə görə, Namiq Əliyev fotoqraf işləyirmiş. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.