Kürdəmirdə 2017-ci ildə həyat yoldaşı ilə ayrılıb öz ailəsi ilə qalan qadın keçmiş əri tərəfindən vəhşicəsinə yandırılıb.
Sosial şəbəkədə yazılmış məlumata görə, ötən gün Kürdəmirin Muğanlı adlı sahəsində keçmiş ər qadının yaşadığı evə gəlib və yalvararaq barışıb, evlərinə aparmaq istədiyini deyib. Əvəzində isə o, qadını traktora bağlayaraq benzinlə yandırıb.
Məlumatda qeyd olunur ki, daha sonra qayınanası, qayınatası və keçmiş həyat yoldaşı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına evdə qaz sızlaması və partlayışı adı ilə yerləşdiriblər.