Lənkəranda yaşayış evi yanıb.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin ”Qalayçılar” məhəlləsində – B.Mirsalayev küçəsində baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Xalid Xalıq oğlu Əliyevə məxsus ev yanıb. Hadisə zamanı ev sakinlərindən ikisi xəsarət alıb.
Zərərçəkənlər müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib, alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Hadisənin başvermə səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.