Lənkəranın Liman şəhərində, “Sovxoz” adlanan ərazidə bıçaqlanma hadisəsi baş verib.
“Terefsiz.az”ın “Report”a istinadən verdiyi xəbərə görə, 1985-ci il təvəllüdlü Əli Qabil oğlu Dövlətov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.