Böyük Britaniya sərhədçiləri La-Manş boğazında göyərtəsində təxminən 22 miqrantın olduğu gəmini saxlayıblar.
Terefsiz.az saytı “Evening Standard” nəşrinə istinadən xəbər verir ki, gəmi yerli vaxtla 7:00 saatlarında saxlanılıb.
Miqrantlar Duvr şəhərindəki miqrasiya xidmətinə təhvil verilməzdən əvvəl tibbi müayinədən keçəcəklər.
Saxlanılanların yaşı və milliyyəti barədə məlumat verilməyib.
Terefsiz.az