Laçında nəzarət-buraxılış məntəqəsində avtomobillərin normal keçidi təmin olunub

0
79

Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib.

“Terefsiz.az” “Caliber.az”a istinadən xəbər verir ki, vətəndaşların sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət şəraitində həyata keçirilir.

Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Beləliklə, bir daha məlum olur ki, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun guya “blokadaya alınması” ilə bağlı yalan açıqlamaları növbəti təbliğat hiyləsindən başqa bir şey deyil.

Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.

terefsiz.az