“Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün tarixi müzakirə olunacaq”.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib.
“Yaxın zamanda biz hər üç nazir üçün uyğun tarixləri seçəcəyik”, – Lavrov bildirib.