Lavrov: “Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq”.

0
456

 

Rəsmi Moskvanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirilən brifinqdə deyib. 

“Bu bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr və ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmasının vacibliyi qənaətindən çıxış edirik”, – deyə Lavrov qeyd edib.

 

O bildirib ki, Rusiya Federasiyası bölgədə sülhü, sabitliyi və təhlükəsizliyi təmin edəcək həll tapmağa kömək etməyə hazırdır.

 

TEREFSİZ.AZ