Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.
“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Məlumata görə, səfər zamanı Rusiya-Türkiyə əməkdaşlığının inkişafı, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, həmçinin Ukraynadakı müharibə və Suriyadakı vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.