Lavrovdan ABŞ-a sərt ittiham

0
356

Lavrovdan ABŞ-a sərt ittiham

ABŞ Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini davam etdirir. Halbuki bundan əvvəl amerikalıların Venesuelada dövlət çevrilişi cəhdi uğursuz olub.

Terefsiz.az saytının RİA Novosti agentliyinin məlumatına istinadən, bunu Rusiya xarici işlər naziri Sergey Lavrovbəyan edib.

O qeyd edib ki, ABŞ dünyada nüfuzunun zəifləməsinə rəğmən əvəzolunmaz ölkə statusunu qorumağa çalışır və digər dövlətləri sıxışdıraraq boğmaq niyyətindədir.

Lavrov bildirib ki, Vaşinqtonun XXI əsrin reallıqları ilə barışmaq istəməməsi böyük destruktiv gücə malikdir.

Terefsiz.az