Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi “Hyundai” markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirən zaman rayonun Piran kənd sakini 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədova toxunaraq onu yerə yıxıb və piyada yük avtomobilinin təkəri altına düşüb.
Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regnional qrupundan bildirilib.
Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır