Leykemiyadan əziyyət çəkən Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb

0
170

Leykemiyadan əziyyət çəkən İtaliyanın “Bolonya” komandasının baş məşqçisi Sinişa Mixayloviç xəstəxanadan evə buraxılıb.

Terefsiz.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı serbiyalı mütəxəssisin iyulun 18-də başlayan birinci kimyaterapiya kursu uğurla başa çatıb.

Bildirilir ki, müalicə prosesi vaxtı həkimlər tərəfindən heç bir problem aşkarlanmayıb.

Qeyd edək ki, “Boloniya” ilə 2022-ci ilə qədər müqaviləsi olan Mixayloviç leykemiya aşkarlanandan sonra postunda qalmağa qərar verib. O, ötən həftə “Boloniya”nın A seriyasının I turunda səfərdə 1:1 hesabı ilə məğlub etdiyi oyunda komandasının başında olub.